Avropa İttifaqı Sudana çağırış etdi

11:42 - 20 Aprel 2023

Avropa İttifaqı Sudana çağırış etdi

Avropa İttifaqı Sudandakı münaqişələri pislədiyini və daimi atəşkəsi təcili şəkildə dəstəkləməyə hazır olduğunu bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ adından verdiyi açıqlamada, Sudanda ordu ilə yarım-hərbi Çevik Dəstək Qüvvələri arasında baş verən toqquşmaları pislədiklərini və qarşıdurmaların regional qeyri-sabitliyə də səbəb ola biləcəyini söyləyib.

Tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə dəvət edən Borrell dərhal qeyd-şərtsiz atəşkəsə çağırıb. O, humanitar yardımların da daxil olmasına icazə verilməsi lazım olduğunu bildirərək, Ramazan bayramı münasibətilə atəşkəsə dəstək verəcəklərini qeyd edib.

Vyana Konvensiyası çərçivəsində diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət edilməsinin vacibliyini vurğulayan Borrell ölkədəki Aİ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsini istəyib.

Həmçinin xarici aktorların münaqişəni alovlandırmaqdan çəkinməli olduqlarını bildirirərək, regional və beynəlxalq vasitəçilik səylərini də dəstəklədiklərini əlavə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az