Polşanın Maqnuşev şəhərindəki tarlada İkinci Dünya Müharibəsinə aid 100-dən çox artilleriya mərmisi tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın Maqnuşev şəhərində fermer tarlasını şumlayarkən top mərmisinə bənzər cisim ilə rastlaşıb. Sahəyə gələn polis, sözügedən cismin top mərmisi olduğunu təsdiqlədikdən sonra bomba zərərsizləşdirmə mütəxəssislərinə məlumat verib.
Sahəyə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri apardıqları ətraflı araşdırmalar nəticəsində 100-dən çox partlamamış top mərmisi aşkar ediblər. Saatlarla davam edən işdən sonra bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər mərmiləri basdırdıqları yerdən çıxararaq zərərsizləşdirmək üçün Deblindəki təlim sahəsinə aparıblar.
Top mərmilərinin İkinci Dünya Müharibəsi dövrünə aid olduğu bildirilib.
Manşet.az