Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun Birləşmiş Millətlər Təşkilatına üzvlüyünü dəstəkləməyəcəklərini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkəsinin Kosovonun BMT üzvlüyünə baxışının dəyişmədiyinə diqqət çəkən Vuçiç, "Serbiya dediyini edəcək, lakin Kosovonun BMT və BMT qurum və təşkilatlarına üzvlüyünü dəstəkləməyəcəyik" – deyib.
Vuçiç ölkəsinin Brüssel razılaşması da daxil olmaqla bütün razılaşmalara əməl etdiyini vurğulayaraq, dialoq çərçivəsində lazımi addımları atacaqlarını bildirib.
Manşet.az