Deputata cinayət işi AÇILDI

10:36 - 21 Aprel 2023

Deputata cinayət işi AÇILDI

Ermənistan parlamentinin deputatı Mher Saakyana cinayət işi açılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, İstintaq Komitəsinin İrəvan İstintaq şöbəsi parlamentdə xuliqanlıq və dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbərinə qarşı fiziki güc tətbiq edilməsi faktı üzrə başlanmış cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.

İstintaqın nəticəsinə əsasən deputat Mher Saakyan martın 31-də saat 11:15 radələrində parlamentdə deputatların və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən qapalı müzakirə zamanı Dövlət və Hüquq Məsələləri Komissiyasının sədri Vladimir Vardanyan və orada olanlara qarşı hörmətsizlik, aqressiv davranış nümayiş etdirib.

Xüsusən Saakyan əlini masaya çırpıb, ayağa qalxaraq V.Vardanyana irad bildirib, eyni zamanda ona yaxınlaşaraq sifət nahiyəsinə zərbələr endirib, sağlamlığına yüngül xəsarət yetirib.

Deputat M.Saakyana Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az