Ermənistan Türkiyə ilə sərhədin açılmasına 72 min dollar ayırdı

13:07 - 21 Aprel 2023

Ermənistan Türkiyə ilə sərhədin açılmasına 72 min dollar ayırdı

Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi açacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin qərarında qeyd edilib.

Qeyd olunur ki, Ermənistan hökuməti Türkiyə ilə sərhəddə keçid məntəqəsinin layihəsinə 72 min dollara yaxın vəsait ayırıb, tikinti qısa müddətdə başa çatdırılmalıdır, ona görə də layihələndirmə və tikinti paralel surətdə aparılacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin spikerinin müavini Ruben Rubinyan demişdi ki, Ermənistan-Türkiyə sərhədinin yaya qədər - üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az