"Ukrayna NATO- ya üv olacaq, lakin..." - Stoltenberq

13:59 - 21 Aprel 2023

\"Ukrayna NATO- ya üv olacaq, lakin...\" - Stoltenberq

“NATO-ya üzv olan bütün ölkələr Ukraynanın Alyansa üzv olacağına dair razılığa gəliblər, lakin hazırda əsas diqqətimiz Ukraynanın qələbəsinin təmin edilməsinə yönəlib”.

 

Manset.az  “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.

O qeyd edib ki, suveren və müstəqil Ukrayna olmadan onun NATO-ya üzvlüyünü müzakirə etməyin də mənası yoxdur.

Baş katibin sözlərinə görə, müharibələr mahiyyət etibarilə təxminedilməz olduğuna görə heç kəs Rusiya və Ukrayna arasında gedən döyüşlərin nə vaxt bitəcəyini söyləyə bilməz: “Ümid edirik ki, Ukrayna bu istiqamətdə mühüm uğurlar əldə edəcək və dayanıqlı sülh bərqərar olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az