Türkiyədə zəlzələ qurbanlarının sayı artdı

12:49 - 22 Aprel 2023

Türkiyədə zəlzələ qurbanlarının sayı artdı

Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 50 783 nəfərə çatıb. 

 

Manset.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. 

Onun sözlərinə görə, həlak olanların 7302 nəfəri xarici ölkə vətəndaşı olub. 

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda zəlzələ nəticəsində 50 500 nəfərin həlak olduğu bildirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az