Rusiya 20-dən çox alman diplomatı ölkədən çıxaracaq

10:42 - 23 Aprel 2023

Rusiya 20-dən çox alman diplomatı ölkədən çıxaracaq

Rusiya qarşılıqlı olaraq alman diplomatların ölkədən çıxarılması və onların sayının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına qərar verildiyini bəyan edib.

 

Manset.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada, bu qərarın aprelin 5-də Almaniyanın Moskvadakı səfiri Geza Andreas von Geyrə ölkənin Moskvadakı səfirliyində keçirilən görüş zamanı çatdırıldığı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə ölkənin “Zvezda” telekanalına açıqlamasında Rusiyadan deportasiya edilən alman diplomatların sayının 20-dən çox olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az