Mask Ukraynaya 100 milyon dollar yardım etdiyini açıqladı

16:30 - 23 Aprel 2023

Mask Ukraynaya 100 milyon dollar yardım etdiyini açıqladı

Tviter platformasının rəhbəri, amerikalı iş adamı İlon Mask Ukraynaya 100 milyon dollar yardım ndərdiyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu haqda o, tviter hesabında yazıb.

“Ukraynaya 100 milyon dollar bağışladım, siz nə qədər ianə etdiniz? Yeri gəlmişkən, biz (ABŞ) Müdafiə Nazirliyinin pulunu rədd etdik”, - deyə o, yazıçı Stiven Kinqə cavab verib.

Qeyd edək ki, tviter sosial şəbəkəsi bu həftə hesabların yoxlanılmasını təsdiqləyən “mavi işarələrin” onlara ödəməyən istifadəçilərdən götürməyə başlayıb. Yazıçı Stiven Kinqin bu pulu ödəməməsinə baxmayaraq, “mavi işarə” ondan alınmayıb. Maskın bunu şəxsən ödədiyi məlum olanda yazıçı bu pulu Sergey Pritula fonduna verməyi məsləhət görüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az