Sabiq prezident həbsxanadan qaçdı - FOTO

23:05 - 23 Aprel 2023

Sabiq prezident həbsxanadan qaçdı - FOTO

Sudanın paytaxtı Xartumda ölkənin devrilmiş prezidenti Ömər əl-Bəşir həbsxanadan qaçıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Al Araby” agentliyi məlumat yayıb.

"Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Xartumun şimalındakı Koper həbsxanasından çoxlu sayda məhbusun müşayiəti ilə qaçıb", - məlumatda deyilir.

Qeyd edək ki, Ömər Həsən Əhməd əl-Bəşir hərbçi və dövlət xadimi, Sudanın keçmiş prezidentidir. O, 1989-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib, 30 ildən çox bu vəzifədə olub. Əl-Bəşir 2019-cu ilin aprelində Sudanda baş vermiş dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az