Çavuşoğludan Baydenin “erməni soyqırımı” iddialarına CAVAB

17:44 - 24 Aprel 2023

Çavuşoğludan Baydenin “erməni soyqırımı” iddialarına CAVAB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddialarına cavab verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu tviter hesabında məlumat verib.

Türkiyə XİN başçısı vurğulayır ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb:

“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”.

Qeyd edək ki, Bayden bundan öncə 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az