SEPAH-ın 4 komandiri "qara siyahı"ya salındı

20:24 - 24 Aprel 2023

SEPAH-ın 4 komandiri \"qara siyahı\"ya salındı

Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinə sanksiya tətbiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Komandirlər İranda insan haqlarını pozmaqda ittiham edilir. SEPAH-ın "Mərkəzi" əyaləti üzrə qoşun komandiri Mohsən Kərimi, "Kərbəla" bazasının komandiri Əhməd Xadim, "Nəcəf Əşrəf" korpusunun regional bazasının komandiri Məhəmməd Nəzər Əzimi və Qərbi Azərbaycan əyaləti üzrə qoşun komandanı Həbib Şahsəvarinin adı "qara siyahı"ya salınıb.

2022-ci ilin oktyabrından Böyük Britaniya 70-dən çox iranlını sanksiya siyahısına daxil edib. Ümumilikdə siyahıda 300-dən çox adamın adı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az