Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyi ikiüzlülükdür – Ukrayna

16:53 - 25 Aprel 2023

Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyi ikiüzlülükdür – Ukrayna

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak sosial media hesabından verdiyi açıqlamada Lavrovun BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) sədrliyini dəyərləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Podolyak Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasına sədrliyini “ikiüzlülük və demokratiyanın alçaldılması” kimi qiymətləndirib:

“Lavrov BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir, müharibə, qırğınlar və dağıntıları qanuniləşdirir”.

Rusiyanın açıq şəkildə demokratiyanı, azadlığı və razılaşmaları təhqir etdiyini qeyd edən Mixail Podolyak “Nə oldu? Maraqlıdır? Alçaldılmağı xoşlayırsınız? Rusiya terrorun sponsoru elan edilməli və hər yerdən qovulmalıdır” - ifadələrdən istifadə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az