Fransa xarici işlər nazirinin Azərbaycana səfəri başlayır

23:13 - 25 Aprel 2023

Fransa xarici işlər nazirinin Azərbaycana səfəri başlayır

Aprelin 26-da Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri başlayır.

 

Manset.az  Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.

Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az