İsveçin atdığı raket Norveç ərazisinə düşdü

11:58 - 26 Aprel 2023

İsveçin atdığı raket Norveç ərazisinə düşdü

İsveç, Esrange Kosmik Mərkəzindən atılan tədqiqat raketinin Norveç ərazisinə düşdüyünü açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveçin atdığı tədqiqat raketi Norveç torpağına düşüb. İsveçin şimalındakı Esrange Kosmik Mərkəzindən atılan TEXUS-58 raketinin 250 kilometr hündürlüyə çatdıqdan sonra nasazlıq səbəbindən Norveç torpağına düşdüyü açıqlanıb və burada sıfır cazibə qüvvəsində təcrübələr aparılıb.

Norveç hökumətinə nasazlıqla bağlı xəbərdarlıq edildiyini bildirən İsveç, raketin daşıdığı yükün yaxşı vəziyyətdə olduğunu və vertolyotla Esrangeyə geri qaytarıldığını bildirib.

Norveç Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi açıqlamada, "Norveç səlahiyyətliləri sərhədin Norveç tərəfində hər hansı icazəsiz fəaliyyətə çox ciddi yanaşır" – deyib və hər hansı dağıntıların çıxarılması işinin Norveç tərəfindən təsdiqlənməsi lazım olduğunu vurğulayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az