Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasından sonra verdiyi açıqlamada, "Qərb dünyadakı hökmranlığını qorumaq üçün yeni müharibə hazırlıqları görür" - deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ, NATO, Avropa və Yaxın Şərqdəki proseslərə toxunan Lavrov ABŞ və müttəfiqlərinin birqütblü dünya nizamını qorumaq məqsədi daşıdığını müdafiə edib.
O, Qərb tərəfindən dünyanın müxtəlif yerlərində yeni müharibələrin başlaya biləcəyini vurğulayaraq, "Dünyada hökmranlığı qoruyub saxlamaq üçün yeni bir müharibə turuna hazırlıq görülür. Çoxqütblü dünya nizamı obyektiv şəkildə formalaşır. Amma necə olacağını bilmirəm” – deyib.
Manşet.az