Almaniya və Britaniya döyüş təyyarələri Baltik dənizi üzərində Rusiyanın 3 təyyarəsini əngəlləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya əsasən, Almaniya və İngiltərəyə məxsus “Eurofighter” tipli təyyarələr 3 hərbi təyyarənin təsbit edilməsi üçün həyəcan vəziyyətinə gətirilib.
Açıqlamada bunların iki SU-27 Flanker və bir İL-20 tipli Rusiya təyyarəsi olduğu müəyyən edilərək, bu təyyarələrin beynəlxalq hava məkanında bir daha siqnal vermədən uçduğu və sözügedən təyyarənin əngəlləndiyi bildirilib.
Manşet.az