Rusiya Müdafiə Nazirliyi Belarus əsgərlərinə verilən “İskəndər-M” yüksək dəqiqlikli raket sistemləri üzrə təlimlərin davam etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Belarus əsgərlərinə Rusiyanın Cənub Hərbi Dairəsinə aid poliqonda “İsgəndər-M” yüksək dəqiqlikli raket sistemlərinin istifadəsi ilə bağlı təlim keçdiyi bildirilib.
Açıqlamada raket sisteminin yerləşdirilməsi və raketlərin atılması ilə bağlı bacarıqların inkişaf etdirildiyi ifadə edilib.
Manşet.az