İran ikili Almaniya-İran vətəndaşı olan Cəmşid Şarmehdin ölüm hökmünü tənqid edən Berlin administrasiyasını “terrorizmi qızışdırmaqda və ölkənin daxili işlərinə qarışmaqda” ittiham edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi açıqlamada, "ABŞ-da yerləşən rejim əleyhinə qruplaşmanın lideri" olduğu iddia edilən Şarmahdın edam hökmü ilə bağlı tənqidlərə reaksiya verib.
Ölkəsinin “terrorla mübarizədə və terrorçulara qarşı ədalətin həyata keçirilməsində heç kimdən icazə istəməyəcəyini” ifadə edən Kənani, “İran hesab edir ki, bəzi alman rəsmilərinin İran məhkəməsində tanınmış terrorçunun hökmü ilə bağlı müdaxiləçi və avtoritar bəyanatları etibarlı deyil. Terrorçuluğu dəstəkləmək və İranın daxili işlərinə qarışmaq bunun bariz nümunəsidir və təbii ki, İran belə müdaxiləyə dözməyəcək” - qiymətləndirməsini edib.
O, Almaniyanın bu mövzuda tutduğu mövqenin bütün dünyada "terroru təşviq edəcəyini" müdafiə edərək, "Bu səbəbdən Almaniya hökumət rəsmilərinin terrorçuları qızışdırmaq və dəhşətli terroru yaymaq cəhdlərini dərhal dayandırması gözlənilir" – deyə əlavə edib.
Manşet.az