Cənubi Koreyadan İlon Maska ÇAĞIRIŞ

15:45 - 27 Aprel 2023

Cənubi Koreyadan İlon Maska ÇAĞIRIŞ

Cənubi Koreya prezidenti Yoon Suk-Yeol amerikalı milyarder İlon Maskı ölkəsinə sərmayə qoymağa çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya prezidenti Yoon Suk Yeol ABŞ-a 6 günlük səfəri çərçivəsində paytaxt Vaşinqtonda “SpaceX” kosmik şirkətinin sahibi amerikalı milyarder İlon Mask ilə görüşüb. Cənubi Koreyanın rəsmi xəbər agentliyinin görüşlə bağlı verdiyi açıqlamada görüş tələbinin Maskdan gəldiyi bildirilib və Yoonun Maska Cənubi Koreyanın Tesla fabrikinin qurulması üçün ideal ölkə olduğunu dediyi qeyd edilib.

Bildirilib ki, Yoon Maska ölkəyə sərmayə qoyacağı təqdirdə vergi endirimini də təklif edib.

İlon Mask isə Cənubi Koreyanın Tesla fabriki qurmaq üçün ən yaxşı ölkələrdən biri olduğunu və tezliklə Cənubi Koreyaya səfər etməyi planlaşdırdığını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az