Yeni tanklar Ukrayna cəbhəsində - Bombalama başladı

15:50 - 27 Aprel 2023

Yeni tanklar Ukrayna cəbhəsində - Bombalama başladı

Rusiya yeni nəsil T-14 döyüş tanklarını Ukrayna cəbhəsinə çıxarıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya bu yaxınlarda istehsal etdiyi yeni nəsil “T-14 Armata” model döyüş tanklarını ilk dəfə olaraq cəbhəyə çıxarıb və Ukrayna mövqelərini bombalayıb.

Rusiya dövlət agentliyi RİA bildirir ki, onlar mövqeləri bombalasalar da, bu tanklar birbaşa döyüşə girməyib.

Tankların zirehlərinin əlavə mühafizə ilə gücləndirildiyini qeyd edən RİA, tankdan istifadə edən əsgərlərin Ukraynadakı təlim bölgələrində “döyüş hazırlığı”ndan keçdiklərini bildirib.

Pilotsuz qülləli yeganə model kimi tanınan bu tank gövdəsindəki zirehli bölmədə 3 nəfərlik ekipajı yerləşdirə bilir. Bu tanklar magistral yolda saatda 80 kilometrə qədər sürətlə hərəkət edə bilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az