Ukraynada dənizdən atılan uzaqmənzilli silahlarla hədəfləri vurduq - Rusiya

17:11 - 27 Aprel 2023

Ukraynada dənizdən atılan uzaqmənzilli silahlarla hədəfləri vurduq - Rusiya

Konaşenkov Ukraynadakı müharibədə Rusiya hərbi birləşmələrinin hərəkətləri ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, gecə saatlarında dənizdən atılan uzaqmənzilli silahlarla intensiv hücumlar nəticəsində Ukrayna hərbi birləşmələrinin yerləşdirildiyi hədəflər vurulub.

Gecə saatlarında Ukrayna ordusunun ehtiyat hissələrinin yerləşdirildiyi nöqtələrə dənizdən atılan yüksək dəqiqlikli uzaqmənzilli silahlarla intensiv hücumun həyata keçirildiyini bildirən Konaşenkov, "Hücum hədəfə çatdı. Müəyyən edilmiş bütün obyektlər vuruldu. Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadaları bölmələrinin münaqişə bölgəsində irəliləməsinə icazə verilməyib” – deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az