İran Marşal adaları bayrağı altında üzən tankeri həbs etdi

18:57 - 27 Aprel 2023

İran Marşal adaları bayrağı altında üzən tankeri həbs etdi

İran Marşal adaları bayraqlı neft tankerini ələ keçirdiyini təsdiqləyib.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin bəyanatında, ələ keçirilən gəminin ötən gecə Fars körfəzində İran gəmisi ilə toqquşduğu, qəza nəticəsində iranlı ekipajdan ikisinin itdiyi, bəzilərinin isə yaralandığı bildirilib.

Verilən məlumata görə, gəmi sonradan Hərbi Dəniz Qüvvələri tərəfindən Ərəbistan dənizində aşkar edilib.

Marşal adaları bayraqlı gəminin "beynəlxalq dəniz qaydalarını pozduğu əsası ilə" məhkəmə qərarı ilə ələ keçirilərək İran sahillərinə çəkildiyi bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri, Marşal adaları bayrağı altında "Advantage Sweet" adlı neft tankerinin Oman körfəzində beynəlxalq sularda seyr edərkən İran İnqilab Keşikçiləri tərəfindən ələ keçirildiyini açıqlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az