Bu ölkədə polisdən qaçan avtomobil piyadaları vuraraq öldürdü

11:05 - 28 Aprel 2023

Bu ölkədə polisdən qaçan avtomobil piyadaları vuraraq öldürdü

İspaniyanın paytaxtı Madriddə polis uşaq oturacağı olmadan körpə ilə avtomobil idarə edən sürücünü saxlamaq istəyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təhlükəsizlik qüvvələrinin “dayan” xəbərdarlığına məhəl qoymayıb qaçan avtomobil piyadaları vurub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qəzadan sonra sürücü avtomobildən düşərək piyada qaçıb. Avtomobildə olan qadın və 8 aylıq körpə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qaçan sürücünün tutulması üçün əməliyyatlar davam edir.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az