İspaniyanın paytaxtı Madriddə polis uşaq oturacağı olmadan körpə ilə avtomobil idarə edən sürücünü saxlamaq istəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təhlükəsizlik qüvvələrinin “dayan” xəbərdarlığına məhəl qoymayıb qaçan avtomobil piyadaları vurub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Qəzadan sonra sürücü avtomobildən düşərək piyada qaçıb. Avtomobildə olan qadın və 8 aylıq körpə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Qaçan sürücünün tutulması üçün əməliyyatlar davam edir.
Manşet.az