Özlərini Zelenski kimi təqdim edən ruslar FED sədrini aldatdı

14:30 - 28 Aprel 2023

Özlərini Zelenski kimi təqdim edən ruslar FED sədrini aldatdı

Özlərini Ukrayna prezidenti Zelenski kimi təqdim edən iki rus FED sədri Paueli aldadıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüşə aid olduğu iddia edilən videoda Pauelin inflyasiya proqnozu və Rusiya Mərkəzi Bankı ilə bağlı sualları cavablayır.

FED sədri ABŞ iqtisadiyyatında tənəzzül ehtimalının olduğunu etiraf edərək, daha 2 ay ərzində faiz dərəcələrinin dörddə bir bənd artırılacağını deyir.

Fed sözçüsü videonun düzgünlüyünü təsdiq edə bilmədiklərini qeyd edərək, "Video redaktə edilib”- deyib. O, görüşün Ukrayna xalqına dəstək kontekstində keçirildiyini və heç bir həssas və ya məxfi məlumatın müzakirə olunmadığını qeyd edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az