Rusiya ordusunun polkovniki T-90 tipli döyüş tankının mühərrikini oğurlamaqda ittiham edilərək saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polkovnik Aleksandr Denisov 2021-ci ilin noyabrından 2022-ci ilin aprelinə qədər ümumi dəyəri təxminən 250 min dollar olan 7 ədəd V-92S2 model tank mühərrikini oğurlamaqda ittiham olunub.
Cənub Hərbi Dairəsində tanklara texniki dəstək verməkdə məsul olduğu iddia edilən Denisov “tanklara quraşdırılmalı olan hissələri” oğurlayıb və ötən ay Rostov yaxınlığında saxlanılıb.
Hərbi prokurorluq polkovnik Denisovun oğurlanmış tankları qara bazarda satdığını iddia edib. Denisov ittihamları rədd edib.
Mayın 28-dək təcridxanada saxlanılacaq Denisov təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
Manşet.az