Aİ Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Peter Stano mətbuat konfransında bildirib ki, hücumlar zamanı aralarında uşaqların da olduğu mülki vətəndaşlar ölüb və ya yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqı Rusiyanın səhər saatlarında Ukraynanın bəzi şəhərlərinə təşkil etdiyi hava hücumlarında mülki şəxslərin hədəf alındığını, mülki şəxslərə qarşı hücumların müharibə cinayəti təşkil etdiyini və məsuliyyət daşıyanların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.
Manşet.az