İngiltərə Baş naziri Rişi Sunakın qayınanası onun hakimiyyətə gəlməsinin qızı sayəsində olduğunu deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rişi Sunakın qayınanası bildirib ki, qızı həyat yoldaşının həyatına bir çox cəhətdən təsir edib:
“Mən ərimi iş adamı etdim. Qızım ərini İngiltərə baş naziri etdi. Bu, qadınların şöhrətindən irəli gəlir. Arvadın ərini necə dəyişdirdiyini görə bilərsiniz".
Qızının həyat yoldaşının pəhrizinə də təsir etdiyini ifadə edən qadın, Sunakın hər cümə axşamı oruc tutduğunu söyləyib.
Manşet.az