Suriyanın Telabyad şəhərindəki polis bölməsində partlayıcı partlaması nəticəsində 2 türk polisi şəhid olub, 7 polis isə yaralanıb. Eyni partlayışda 1 yerli polis ölüb, 4 nəfər yaralanıb.
Manset.az HaberGlobal-a istinadən xəbr verir ki, hadisə Suriyanın Telabyad şəhərindəki polis bölməsində saat 17.00 radələrində baş verib.
İddiaya görə, PKK/PYD terror təşkilatının ölkə daxilində həyata keçirməyi planlaşdırdığı bombalı hücumlarda istifadə edəcəyi partlayıcı maddələrə müdaxilə edilərkən partlayış baş verib. Partlayışda 2 türk polisi və 1 yerli polis şəhid olduğu, 4-ü yerli olmaqla 11 polis yaralanıb. Yaralılar hadisə yerinə gedən təcili yardım maşınları ilə Akçakale və Şanlıurfadakı xəstəxanalara çatdırılıb.
Şanlıurfa Valiliyi partlayışla bağlı açıqlama verib. Valilikdən verilən açıqlamada, "PKK/PYD terror təşkilatının ölkəmiz daxilində planlaşdırdığı bombalı hücumlarda istifadə olunacaq partlayıcı maddələr Akçakale məsuliyyətində olan Telabyad bölgə polis bölməsində aparılan axtarış və tarama işləri zamanı aşkar edilib. Hadisəyə edilən müdaxilə əsnasında bu partlayıcı maddələrin partladıldığı və bölgədə olduğu təyin olunub. Hadisə zamanı 2 polisimiz şəhid olub. Yerli polis əməkdaşı öldürülüb. 4-ü yerli olmaqla ümumilikdə 11 polis əməkdaşı həyati təhlükəsi olmayan xəsarətlərlə yaralanıb. Yaralı polislərimiz Akçakale Dövlət Xəstəxanasına köçürülüb və müalicələrinə başlanılıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirik. Sevimli millətimizə başsağlığı veririk”. - qeyd olunub.
Jalə
Manşet.az