Rusiya prezidenti Vladimir Putin dost ölkələrə neft tədarükü ilə bağlı fərman imzalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin imzaladığı fərmanla dost ölkələri neft və neft məhsullarının tavan qiymətdən aşağı tədarükünə qoyulan qadağanın əhatə dairəsindən çıxarıb. Bu çərçivədə dekabrın 27-də imzalanan fərmanla Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışı qadağan edilib.
Manşet.az