Filippinin paytaxtı Manilada hava limanında elektrik enerjisinin kəsilməsi səbəbindən 46 reys təxirə salınıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Filippinin paytaxtı Maniladakı Ninoy Aquino Beynəlxalq Hava Limanının üçüncü terminalında yerli vaxtla saat 01:05 radələrində elektrik enerjisində fasilə yaranıb. Hava limanında bir çox reysdə gecikmələrin yaşandığı, fasilə səbəbindən 46 reysin ləğv edildiyi bildirilib.
Ləğvlərdən ən az 9 min sərnişinin təsirləndiyi açıqlanıb. Ləğv edilən uçuşların hamısının daxili reyslər olduğu ifadə edilib.
Manşet.az