Taliban hökuməti Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Əfqanıstandakı silahlı qruplaşmaların Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə böyük təhlükə törədir” bəyanatına sərt reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid mətbuata açıqlamasında Rusiya müdafiə naziri Şoyqunun bəyanatını rədd etdiklərini bildirib.
Son iki ildə Əfqanıstandan region ölkələrinə və dünyaya heç bir təhlükə olmadığını Rusiya səlahiyyətlilərinin bilməsi lazım olduğunu bildirən Mücahid, daha əvvəl ölkədə olan İŞİD-i də məhv etdiklərini açıqlayıb.
Manşet.az