Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynadakı müharibədə Rusiya ordusunun hərəkətləri ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Konaşenkov bildirib ki, Ukraynadakı hərbi sənaye obyektlərinə gecə saatlarında dəniz və havadan uzaqmənzilli raketlərlə hücum edərək, sursat, silah və hərbi texnika istehsal edən müəssisələrin işini pozublar.
Rusiya hücum dəstələrinin Donetsk istiqamətində Bəhmut (Artyömovsk) şəhərinin qərb hissəsindəki Ukrayna qoşunlarını zərərsizləşdirdiyini qeyd edən Konaşenkov, Rusiya hava-desant qoşunlarının hücum dəstələrinin hərəkətlərini dəstəklədiyini və Ukrayna qoşunlarına təzyiq göstərdiyini bildirib.
O, Donetsk vilayətinin Kalinovka, Çasov Yar, Nikolayevka və Stupoçki bölgələrində 330-a yaxın Ukrayna əsgərini zərərsizləşdirdiklərini iddia edib.
Manşet.az