Ukraynada dekabr ayından bu yana 20 mindən çox rus əsgəri... – ABŞ açıqladı

10:11 - 02 May 2023

Ukraynada dekabr ayından bu yana 20 mindən çox rus əsgəri... – ABŞ açıqladı

Ağ Ev dekabrdan bəri Ukrayna ilə müharibədə 20 mindən çox rus əsgərinin həlak olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mövzu ilə bağlı bunları deyib:

“Əldə etdiyimiz kəşfiyyat və məlumatlara əsasən, rusların dekabr ayından bəri 100 min itki verdiyini təxmin edirik. Onlardan 80 mini yaralanıb, 20 mini həyatını itirib”.

Kirbi bildirib ki, 20 min itki verən rus qoşunlarının təxminən yarısı Rusiyanın bütün həbsxanalarından cəlb edilmiş keçmiş cinayətkarlar olan muzdlu Vaqner döyüşçüləridir.

Bir aydır Rusiyanın Donbas bölgəsinə hücum cəhdinin “böyük ölçüdə uğursuzluqla nəticələndiyini” ifadə edən Kirbi, Rusiyanın itkiləri ilə bağlı məlumatların ABŞ kəşfiyyatına aid olduğunu açıqlayıb. O, Ukrayna tərəfinin itkilərindən bəhs etməyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az