Aİ bu ölkə ilə vergisiz ticarət edəcək

16:42 - 02 May 2023

Aİ bu ölkə ilə vergisiz ticarət edəcək

Avropa İttifaqı Moldovaya iqtisadi dəstək vermək üçün ölkədən idxal edilən bütün məhsullara gömrük rüsumları və kvotaları 1 il müddətinə dayandırmağı planlaşdırır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyası Moldova üçün idxal rüsumlarının və kvotaların dayandırılmasını ehtiva edən tənzimləmə təklifinin üzv ölkələrə və Avropa Parlamentinə təqdim edildiyini açıqlayıb.

Müvafiq olaraq, Moldovanın Aİ ölkələrinə ixrac etdiyi məhsullara kvota və vergilər kimi müxtəlif ticarət məhdudiyyətləri 1 il müddətində tətbiq edilməyəcək.

Oxşar tənzimləmə keçən il məhdud sayda məhsul üçün bir il müddətinə tətbiq edilmişdi.

Son təklifə məhsul məhdudiyyətlərinin aradan qaldırılması və tətbiqin genişləndirilməsi daxildir.

Rusiya-Ukrayna müharibəsi Moldova iqtisadiyyatını da çətin vəziyyətə salıb. Sözügedən ticarətin liberallaşdırılması ilə Aİ Moldova iqtisadiyyatını dəstəkləməyi hədəfləyir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az