Belçikalıların əksəriyyəti işlərindən narazıdır - SƏBƏB

19:10 - 02 May 2023

Belçikalıların əksəriyyəti işlərindən narazıdır - SƏBƏB

Belçikada aparılan sorğu nəticəsində məlum olub ki, respondentlərin 77 faizi işindən razı deyil, 38 faizi isə istefa vermək fikrindədir.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, özəl tibbi sığorta şirkətlərindən biri  tərəfindən aparılan sorğuda 2600 respondent iştirak edib.
 
Respodentlrdn istefa vermək istəyənlərin 13 faizi bunu tez bir zamanda etməyi hədəfləsə də, 25 faizinin hələ dəqiq planı yoxdur.

Sorğunu yerli mətbuata şərh edən Gent şəhərindəki Vlerick Biznes Məktəbinin professoru Dirk Buyens problemin səbəbinin çevik iş sisteminin olduğunu bildirib.

Buyens bildirib ki, COVID-19 epidemiyasından bəri tətbiq edilən bu sistem sayəsində çevik saatlarla evdən işləmək və ya ofisdə məhdud sayda həmkarlarla işləmək sosial təması azaldır və işdən narazılığı artırır.

Qeyd edək ki,Belçika, 2022-ci ilin noyabrında başlayan təcrübə ilə işçilərin həftəlik iş saatlarını 5 gün yerinə 4 gündə tamamlamasına icazə verən Avropa Birliyində (AB) ilk ölkə olub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az