Terrorçuluğu maliyyələşdirən 2 nəfərin əmlakı dondurulub - Türkiyə XİN

20:26 - 02 May 2023

Terrorçuluğu maliyyələşdirən 2 nəfərin əmlakı dondurulub - Türkiyə XİN

“ABŞ ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar nəticəsində Türkiyə və ABŞ tərəfindən eyni vaxtda terroru maliyyələşdirdiyi aşkarlanan iki şəxsin aktivlərinin dondurulmasına qərar verilib.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin verdiyi açıqlama ilə sözügedən qərarla bağlı geniş məlumat ictimaiyyətə təqdim edilib.

2023-cü il yanvarın 5-də iki ölkə tərəfindən daha əvvəl DEAŞ terror təşkilatına maliyyə yardımı etdiyi aşkarlanan şəbəkənin aktivləri eyni vaxtda dondurulub.

Açıqlamada qeyd olunub ki,Türkiyə bundan sonra da terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində səmərəli addımlar atacaq və bu istiqamətdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq edəcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az