Rusiya ordusu gecə saatlarında dronlarla paytaxt Kiyevə və Kirovoqrad vilayətindəki neft anbarına hücum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın Kirovoqrad vilayəti Hərbi Administrasiyasının rəhbəri Andrey Raykoviç sosial media hesabından verdiyi açıqlamada Rusiyanın gecə saatlarında bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.
Rusların yerli vaxtla saat 03:00 radələrində bölgə mərkəzi Kropivnitskidəki neft anbarına 3 kamikadze PUA ilə hücum etdiyinə diqqət çəkən Raykoviç, hücum nəticəsində obyektdə yanğının baş verdiyini bildirib.
Raykoviç qeyd edib ki, itki yoxdur.
Manşet.az