ABŞ-ın Texas Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış sistem insanların beynindən keçənləri dəqiq proqnozlaşdıra bilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Nature Neuroscience” elmi jurnalında dərc olunan Texas Universitetinin tədqiqatçılarının araşdırmasına əsasən, insan fikirlərini oxuya bilən süni intellekt sistemi hazırlanıb.
Texnologiyanın gələcəkdə danışma qabiliyyətini itirmiş insanların yenidən ünsiyyət qurmasına imkan yarada biləcəyi deyilsə də, inkişafın narahatlıq doğurduğu da bildirilir.
“ChatGPT” və “Bard” kimi chatbotların insan dilini təqlid etmək üçün istifadə etdiyi dil xəritələrinə əsaslanaraq, tədqiqatçılar subyektlərin eşitdiyi sözləri və əlaqə yaratmaq üçün beynin müəyyən nahiyələrinə qan axınını təhlil etmək üçün Funksional Maqnit Rezonans görüntüləmə (fMRI) cihazından istifadə ediblər.
Bu istiqamətdə 16 saat ərzində mövzular dinlənilib, səssiz filmlər nümayiş olunub. Tədqiqat nəticəsində subyektlərin beynində olan fikirləri oxumağa çalışan sistem eyni kontekstdə ifadələr çıxarmağı bacarıb.
Manşet.az