Zelenski Finlandiyadan sonra bu ölkəyə səfər edəcək

15:14 - 03 May 2023

Zelenski Finlandiyadan sonra bu ölkəyə səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenskinin mayın 13-14-də Almaniyaya səfər edəcəyi bildirilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Zelenski Berlin hava limanının hərbi hissəsinə endikdən sonra “Ritz-Carlton” otelində qalacaq.

Səfərlə əlaqədar olaraq otelin yerləşdiyi Potsdamer Platz ətrafında ən yüksək səviyyədə təhlükəsizlik tətbiq olunacaq.

Mayın 14-də Zelenski Almaniya kansleri Olaf Şolz tərəfindən hərbi şərəflə qarşılanacaq.

İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.

Zelenski prezident Frank-Valter Ştaynmayerlə görüşdükdən sonra helikopterlə Aaxenə yola düşəcək və orada Beynəlxalq Böyük Karl Mükafatına layiq görüləcək.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az