Əfqanıstan bir-birinin ardınca zəlzələlərlə sarsılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gün ərzində 4,4, 4,2 və 5,3 bal gücündə zəlzələlər baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada yerli vaxtla səhər saat 08.30-10.50 arasında baş verən 4.4 və 4.2 bal gücündə zəlzələlərin episentri Hindukuş dağlarında yerləşən Bədəhşan əyalətinin Curm və İskasim rayonları olub.
Daha sonra yerli vaxtla saat 14:21-də Kurm qəsəbəsi növbəti zəlzələ ilə silkələnib.
USGS bu zəlzələnin 193,6 kilometr dərinlikdə baş verdiyini və maqnitudasının 5,3 olduğunu açıqlayıb.
Zəlzələlər ölkənin şimal əyalətlərində, o cümlədən paytaxt Kabildə, eləcə də qonşu Tacikistan və Pakistanda hiss olunub.
Manşet.az