Bu ölkədə güclü zəlzələ baş verdi

17:02 - 03 May 2023

Bu ölkədə güclü zəlzələ baş verdi

Əfqanıstan bir-birinin ardınca zəlzələlərlə sarsılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  gün ərzində 4,4, 4,2 və 5,3 bal gücündə zəlzələlər baş verib.

ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada yerli vaxtla səhər saat 08.30-10.50 arasında baş verən 4.4 və 4.2 bal gücündə zəlzələlərin episentri Hindukuş dağlarında yerləşən Bədəhşan əyalətinin Curm və İskasim rayonları olub.

Daha sonra yerli vaxtla saat 14:21-də Kurm qəsəbəsi növbəti zəlzələ ilə silkələnib.

USGS bu zəlzələnin 193,6 kilometr dərinlikdə baş verdiyini və maqnitudasının 5,3 olduğunu açıqlayıb.

Zəlzələlər ölkənin şimal əyalətlərində, o cümlədən paytaxt Kabildə, eləcə də qonşu Tacikistan və Pakistanda hiss olunub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az