Ukraynadan Putinə sui-qəsd edilməsi ilə bağlı AÇIQLAMA

17:24 - 03 May 2023

Ukraynadan Putinə sui-qəsd edilməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynanı Putinə sui-qəsd cəhdində ittiham edib. Mövzu ilə bağlı Ukraynadan açıqlama verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Ukrayna prezidenti Vladimir Zelenskinin sözçüsü Nikiforov deyib:

“Dronların Kremlə hücumu barədə məlumatımız yoxdur”.

Ukrayna rəsmisi Kremlə hücumun heç bir uğur gətirməyəcəyini və cəbhədəki vəziyyəti dəyişməyəcəyini və bu cür hərəkətlərin Rusiyanı daha radikal addımlar atmağa sövq edəcəyini vurğulayıb.

O, həmçinin qeyd edib ki,  Kremlin iddiaları Rusiyanın yaxın günlərdə Ukraynaya qarşı genişmiqyaslı terror aktına hazırlaşdığını göstərir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az