Südün alış qiymətinə etiraz edən müəssisələr südlərini tökməyə başladılar

10:04 - 04 May 2023

Südün alış qiymətinə etiraz edən müəssisələr südlərini tökməyə başladılar

İspaniyada süd istehsalçıları ən böyük alıcıları olan fransız markası “Lactalis-Puleva”nın litr başına 9 senti aşağı salmaq cəhdinə etiraz olaraq “Südümü tökürəm” aksiyasına başlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əndəlüsdə, xüsusilə də ölkənin cənubunda yerləşən kiçik müəssisələr, süd istehsalçıları ittifaqlarının sosial media vasitəsilə başlatdığı “Südümə tökürəm” aksiyasına böyük dəstək verib.

Heyvandarlıq sektoru işçiləri və fermerləri ilə əlaqəli olan “COAG” adlı təşkilatın verdiyi açıqlamada, “Lactalis-Puleva”nın hər litr süd üçün 9 sent daha az ödəmə cəhdi sektordakı bir müəssisə üçün ayda 20 min Avro itkiyə səbəb olacağını iddia edib.

Artıq 150-dən çox müəssisənin aksiyada iştirak etdiyini açıqlayan süd məhsulları istehsalçıları, "Puleva bizi südümüzü tökməyə məcbur edir. Çünki o, aşağı qiymətə almağa imkan verəcək yeni müqavilə imzalamaq üçün alışları azaldıb. Yetər. Kifayətdir” – deyiblər.

Hazırkı vəziyyətdə süd istehsalçılarına verilən qiymətin litri üçün 32 sent olduğunu, sənayenin xərclərin artması səbəbindən 40 sent tələb etdiyini qeyd edən müəssisələr, aksiyada iştirakın belə davam edəcəyi təqdirdə gündə 400 min litr südün atılacağını bəyan ediblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az