Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun evi COVID-19 peyvənd kartını saxtalaşdırmaqda ittiham edilərək polis tərəfindən qarət edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis Bolsonaronun evinə basqın edib və keçmiş prezidentin telefonunu COVID-19 peyvəndi sertifikatı saxtalaşdırdığı iddiası ilə müsadirə edib.
Bolsonaronun bir neçə qohumu və məsləhətçisi ABŞ-a giriş icazəsi almaq üçün peyvənd kartındakı məlumatları dəyişdiyi iddia edilib.
İfrat sağçı Bolsonaro mövzu ilə bağlı jurnalistlərə verdiyi açıqlamada ittihamları rədd edərək, "Peyvənd sertifikatında dəyişiklik iddiaları tamamilə yalandır. Məndən heç bir yerdə peyvənd sertifikatı istəmədilər, məndə heç bir qəbahət yoxdur. peyvənd vurdurmamışam, nöqtə. Mən bunu heç vaxt inkar etməmişəm” – deyib.
Federal Polisin verdiyi açıqlamada, sözügedən şəxslərin peyvənd sertifikatlarının məzmununu dəyişdirdikləri və bununla da Braziliya və ABŞ-ın tətbiq etdiyi mövcud sağlamlıq məhdudiyyətlərindən qaçdıqları bildirilib.
İstintaq çərçivəsində Braziliya və Rio-de-Janeyroda bəzi evlərə basqın edilib və 6 nəfər saxlanılıb.
Manşet.az