İsraildə qırmızı həyəcan! Sirenalar səslənməyə başladı

11:57 - 04 May 2023

İsraildə qırmızı həyəcan! Sirenalar səslənməyə başladı

İsraildə fələstinli məhbusların iki həbsxana polisini girov götürdüyü və gərginliyin davam etdiyi açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlama verən Fələstin Azadlıq Təşkilatının (FAT) Məhbuslar və Azad Edilənlər Təşkilatı məhbusların iki həbsxana polisini qaçırdığını və həbsxanada gərginliyin hökm sürdüyünü bildirib.

İsrail Həbsxanalar İdarəsindən verilən açıqlamada Megiddo həbsxanasının 10-cu palatasında baş mühafizəçiyə hücum cəhdindən sonra məhbusların axşam sayılması zamanı xəbərdarlıq sirenaları səslənib.

Açıqlamada baş verən hadisədə məhbuslara gözyaşardıcı qaz bombaları ilə müdaxilə edildiyi, həbsxana personalına xəsarət yetirilmədən vəziyyətin nəzarətə alındığı bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az