Kevin Kostner və həyat yoldaşı Kristin Baumqartner 18 illik evliliklərini bitirirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məsələ ilə bağlı Kostnerin meneceri Fox News-a danışıb:
“Biz bu çətin dövrdən keçərkən onun, Kristinanın və uşaqlarının məxfiliyinə hörmət edilməsini xahiş edirik”.
Qeyd edək ki, Kostner və Baumqartner 2004-cü ildə evləniblər. Cütlüyün 12, 14 və 15 yaşlı üç övladı var.
Manşet.az