Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına pilotsuz təyyarə ilə hücuma cəhd etməsi xəbəri ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin bu hücumlarla bağlı olmadığını açıq şəkildə ifadə etdiyini deyən Borrell, Ukraynanın Rusiyaya qarşı özünü müdafiə etdiyini və Rusiya ərazisinə hücum etmədiyini vurğulayıb.
"Biz Rusiyanı bu qondarma hücumdan müharibəni qızışdırmaq üçün bəhanə kimi istifadə etməməyə çağırırıq. Bizi narahat edən odur ki, bundan daha çox insanın hərbi xidmətə cəlb edilməsinə, daha çox qoşun yeridilməsinə, Ukraynaya edilən hücuma daha çox haqq qazandırmaq üçün istifadə oluna bilər".
Manşet.az