Berlin polisinin Ukrayna prezidenti Volodimir Zelenskinin mayın 13-14-də Almaniyaya səfəri ilə bağlı məxfi məlumatların sızması və onun təfərrüatları ilə bağlı araşdırmaya başladığı bildirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Berlin Polis İdarəsindən verilən açıqlamada, Berlin polisinin məxfi məlumatların ifşası şübhəsi ilə istintaq başlatdığı bildirilib.
“Bunun fonunda bir dövlət başçısının dünənki mümkün səfəri ilə bağlı mətbuatda yayılan xəbərlər var”.
“Berlin polisi heç vaxt rəsmi olaraq dövlət səfərini təhlükə altına alan hər hansı məlumat verməyib” - bəyanatda deyilir.
Qeyd olunub ki, Berlin polisinin mətbuat xidməti “yalnız KİV-in əvvəlki məlumatlarına görə tapşırığı təsdiqləyib” və belə hallarda, həmişəki kimi, əməliyyat planlaşdırması, mühafizə tədbirləri və ya səfərin gedişi barədə məlumat verilməyib.
Berlin polisinin rəisi məxfi məlumatların açıqlanması ilə bağlı təhqiqat aparılmasına göstəriş verdiyini və tək bir işçinin Berlin polisinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzuna bu cür utancverici zərbə vurmasına dözə bilməyəcəyini bildirib.
Manşet.az